“Azərbaycanın yükünü çiyinlərində daşıyan belə bir oğula onəlli səs verəcəm”.
Bu fikirləri 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı danışan Əməkdar artist Firuzə İbadova Yenicag.az-a açıqlamasında deyib.
O, qarşıdan gələn seçkilərdə yeganə namizədinin İlham Əliyev olduğunu bildirib:
“Mən Ulu Öndərin layiqli davamçısı İlham Əliyevə səs verəcəm. Hər zaman onun yanındayıq. Heydər Əliyev kimi dünya şöhrətli liderin övladı, xalqımızın dayağı olan Prezidentimiz Azərbaycanı bütün dünyaya qalib, qəhrəman ölkə kimi tanıtdı, Zəfər salnaməsini yazdı.
Bir sənət adamı kimi də hər zaman onun qayğısını hiss etmişəm. Təkcə mən yox, bütün sənətkarlara dəyər verib. Mən Ulu Öndərin dövründən başlayaraq bu günə kimi sənət adamlarına göstərilən qayğının şahidiyəm.
Nə qədər sənətçimiz müxtəlif orden və medallarla təltif olunub, Prezident təqaüdlərinə layiq görülüb, sənət adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir.
Seçkiləri hamılıqla səbrsizliklə gözləyirik. İlham Əliyevdən başqa Azərbaycana rəhbərlik edəcək ikinci bir şəxsiyyət tanımıram. Azərbaycanın yükünü çiyinlərində daşıyan belə bir oğula onəlli səs verəcəm. Allah onu Azərbaycanın üstündən əskik etməsin.
Bu gün firavan, xoşbəxt yaşayırıqsa, İlham Əliyevə borcluyuq və minnətdarıq. Bütün dünya dövlətlərinin rəhbərləri arasında İlham Əliyev qədər güclü, qüdrətli dövlət başçısı tanımıram. Azərbaycan möhtərəm dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində öz qüdrətini ildən-ilə artırır”.
Cəvahir
www.yenicag.az