SÜRƏTİN QARA STATİSTİKASI: "Radarlar ləğv edilsə, qəzaların 50%-i ölümlə nəticələnəcək"

media-hightechnic-468x90

Son günlər sosial şəbəkələrdə Avropanın bəzi ölkələrində sürət radarlarının yığışdırılması ilə bağlı yayılan xəbərlər Azərbaycanda da bu məsələnin ciddi müzakirəsinə səbəb olub.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı, bu addımın Azərbaycanda tətbiqinin yolverilməz olduğunu qeyd edib.

media-elmeddin-muradli-1200x630

O, bildirib ki, Azərbaycanda qeydə alınan nəqliyyat hadisələrinin 50 faizi, cərimələrin isə böyük bir qismi sürət həddi ilə bağlıdır:

“Bunu ləğv edən ölkələr belə sonradan buna qayıdırsa, biz bunu necə tətbiq edək? Qəzaların ağırlıq dərəcəsinə baxdıqda da, sürət həddi ön sıralarda dayanır. Adi qəzalar yüngül xəsarətlə nəticələndiyi halda, sürət səbəbindən baş verən qəzaların əksəriyyəti ölümlə nəticələnir”, – deyə o bildirib.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa