Trampın adamları neft üçün prezident qaçırır? – “Maduro bəhanə, Venesuela nefti şəhanədir”

media-hightechnic-468x90

“Beynəlxalq hüquq ABŞ, İsrail və Rusiya kimi ölkələr üçün uydurulmuş anlayışdır”

Bu sözləri Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Güngör Yavuzaslan deyib.

O, Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanılması və beynəlxalq hüquq prinsiplərinin müasir dünyada necə işləməsindən danışıb.

Siyasi şərhçi bildirib ki, baş verənləri ABŞ-nin hərəkəti yox, “Tramp çevrilişi” adlandırmaq mümkündür:

“ABŞ Prezidenti Donald Tramp adamlarını göndərdi, götürdü və gətirdi. Bu, açıq-aşkar kovboyluqdur! Başqa cür necə izah etmək olar? Bu Panamaya, Qrenlandiyaya, hər şeydən əvvəl isə İrana ünvanlanmış mesajdır. Əsas məqsəd Venesuelanı ələ keçirməkdir. Maduro bəhanə, Venesuelanın nefti isə şəhanədir.

Bəs beynəlxalq hüquq haradadır? Bosniyadımı gördük onu? İki ildir Qəzzada uşaqlar ölərkənmi gördük? Budur suveren, legitim seçilmiş bir prezident adının nə olduğu önəmli deyil  paytaxtında, iqamətgahında və ya təhlükəsizlik məqsədilə sığındığı yerdə xüsusi təyinatlılar, komandolar vasitəsilə aparılır. Dünyanın mahiyyəti budur! Dünyanın gerçək üzü budur. ‘Beynəlxalq hüquq’ deyilən anlayışı sadəcə uydurublar. Afrikada insanlar aclıqdan ölən zaman beynəlxalq hüquq vardımı?

Beynəlxalq hüquq ABŞ, İsrail və Rusiya kimi ölkələr üçün uydurulmuş anlayışdır. Rusiya da bunu çox vecinə almır. Məsələ tam olaraq budur. Mövzudan çıxarılacaq dərs nədir? Güclü ordun, güclü siyasi rəhbərliyin, güclü millətin olmalıdır. Türkiyənin etdiyi kimi. Niyə müdafiə sənayemizi gücləndiririk? Türkiyəni təhdid edə bilirlərmi? Türkiyəni təhdid edən hər kəs öz boyunun ölçüsünü alar!”,-  deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa