!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

76 milyon illik "cinayət": Üstü "İsti dişlər"lə açıldı - FOTO

!Reklam – Yazi

76 milyon il əvvələ aid bala teruzor fosilində başqa heyvanın hücum etidyinə dair izlər aşkarlanıb.

Yenicag.az xəbər verir ki, Kanadanın Alberta ərazisində tapılan teruzorun boyun sümüyü alimlərin marağına səbəb olub.

Bu günə qədər uçan ən böyük heyvan olan teruzorun boyun sümüyünün 76 milyon il əvvələ aid olduğu üzə çıxarılıb.

Qəribəsi budur ki, bala teruzorun boyun sümüyündə 4 millimetrlik diş izləri aşkarlanıb. Başqa heyvanın hücum etməsi ilə bağlı faktlarının çox nadir tapıntılar olduğunu bildirən araşdırmaçılar həmin bala teruzorun qanadının 2 metr olduğunu təxmin edirlər.

Bala teruzoru öldürən canlının isə “Alligatoridae” nəslindən olan timsaha oxşayan bir heyvan olduğu güman edilir.

Qeyd edək ki, mövzu ilə bağlı araşdırma “Paleontology” elmi jurnalında yayımlanıb.

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv