Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

8103-ə SMS göndərdi - Rayonu tərk edən zaman SAXLANILDI

Samuxda karantin rejimini pozan şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumat görə, aprelin 20-də Samux rayon sakini Şahmar Əliyev 8103 nömrəsinə müraciət edərək evdən 2 saatlıq çıxmağa icazə alıb. Lakin o, müvafiq icazəni təyinatı üzrə istifadə etmək əvəzinə rayon ərazisini tərk etmək istəyib. Bu zaman rayonun çıxışında xidmət aparan polis əməkdaşları, vətəndaşa karantin qaydalarını izah edərək bunun yolverilməz olduğunu bildiriblər və ondan geri qayıtmasını tələb ediblər. Ş.Əliyev polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq, onların xidmətinə mane olmağa çalışdığına görə saxlanılaraq Samux rayon Polis Şöbəsinə gətirilib.

Aidiyyəti məhkəmənin qərarı ilə Ş.Əliyev 10 gün müddətə inzibati qaydada həbs edilib.

www.yenicag.az

230
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100