9 il əvvəl törədilmiş qətllə bağlı məlumat yayılıb

media-hightechnic-468x90

Bash prokurorluqBaş Prokurorluq Gəncə şəhərində 9 il əvvəl törədilmiş qətlin üstünün açılması faktı ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, Gəncə şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2006-cı ildə törədilmiş qətlin açılması təmin edilib.

Belə ki, şəhər prokurorluğunda Gəncə şəhər sakini Əliyeva Esmira Bağban qızının 2014-cü ilin oktyabr ayının sonlarında qəsdən öldürülməsi faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq edilən cinayət işi üzrə İsmayılov Vidalət Təbriz oğlu təqsirləndirilən şəxs qismində dindirilərkən 31 may 2006-cı il tarixdə Gəncə şəhərində yaşadığı evdə keçmiş arvadı, 1977-ci il təvəllüdlü Əsgərova Rəna Arif qızını qəsdən öldürərək həmin ünvanda torpağa basdırdığını bildirib.

Həmin məlumat əsasında bu gün – fevralın 18-də şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun əməkdaşlarının iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən təqsirləndirilən şəxs V.İsmayılovun ifadəsində göstərdiyi yer qazılaraq oradan parçaya bükülmüş vəziyyətdə insan meyiti aşkar edilərək çıxarılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təqdim edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600