!Reklam – Yazi
ABŞ-nin Nyu-York ştatında 1927-ci ildə inşa edilən 7 mərtəbəli yaşayış binasının bir hissəsi uçub.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin yaşandığı əraziyə çox sayda yanğınsöndürən, polis və təcili tibbi yardım maşınları cəlb olunub.
Məlumata görə, dağıntılar altında insanların olub-olmaması istiqamətində işlər aparılır.
Həmçinin 2020-ci ildə aparılan yoxlamalar zamanı binanın fasadında çatların aşkar edildiyi bildirilir.
Hazırda binanın çökməsinin səbəbləri araşdırılır.
www.yenicag.az