!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

99 yaşlı qadın üç dünya rekorduna İMZA ATDI

!Reklam – Yazi

99 yaşında qadın dünya rekordunu təzələyib

Yenicag.az The Guardian-a istinadla xəbər verir ki, 99 yaşlı kanadalı qadın üzgüçülük üzrə üç dünya rekordunu qırıb.

Nəşr yazır ki, Kanada sakini Betti Brüssel 99 yaşında 400 metr məsafəyə sərbəst üzgüçülükdə hazırkı dünya rekordunu təzələyib.

O, Saaniç şəhərində (Britaniya Kolumbiyası) yarışıb. Həmin gün üzgüçü 50 metr məsafəyə arxası və 50 metr brass üsulu ilə üzmə yarışlarında rekord göstəricilər nümayiş etdirib.

Brüssel 1924-cü ildə Hollandiyada anadan olub. O, Amsterdam yaxınlığındakı kanallarda üzməyi öyrənib. 1959-cu ildə Betti əri ilə birlikdə Kanadaya köçüb və orada üç uşaq böyüdüb. 60 yaşında qadın üzgüçülüklə maraqlanır və yarışlarda iştirak etməyə başlayır.

Üzgüçülükdə yaş kateqoriyasını müəyyən etmək üçün iştirakçıların doğum illərindən istifadə edilir. Ona görə də Bettinin hələ yüz yaşı olmasa da, 100-104 yaşlılar qrupunda yarışır.

Üzgüçü özü qeyd edib ki, rekord onun üçün əsas məqsəd deyil. O, sadəcə üzgüçülük prosesindən həzz alır.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv