Revanşist qüvvələr bu prosesləri dayandırmaq iqtidarında deyillər - ŞƏRH

media-hightechnic-468x90

“Azərbaycan Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında olduqca vacib mesajlar səsləndirdi. Bunlardan biri də vətəndaş cəmiyyətləri ilə bağlı idi”.

media-1635944710605050625_1200x630

Bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə səbəbindən hər iki ölkənin vətəndaş cəmiyyətləri üzərinə böyük məsuliyyət düşür:

“Bu istiqamətdə geniş potensialımız var. Prezident İlham Əliyev bildirdi ki, iki ölkə arasında əlaqələrin qurulmasında ictimai təşkilatların rolunu artırmaq lazımdır. Ölkə başçısı bu istiqamətdə iki əsas prioritet müəyyənləşdirdi. Bunlardan birincisi milli-mənəvi dəyərlərin və abidələrimizin təbliğidir. İkincisi isə sülhün əldə olunmasında xalq diplomatiyasının roludur. Qərbi Azərbaycandakı küçələrə, məhəllələrə, abidələrə adların verilməsində bizim dədə-babalarımız iştirak ediblər. Sonradan bu adlar saxtalaşdırılaraq dəyişdirilib. Bu yöndə fəaliyyətimizi davam etdirməliyik. Bundan başqa, xalq diplomatiyasının inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır. Qeyd etmək yerinə düşər ki, bir neçə gün əvvəl İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında görüş keçirilib. Növbəti belə bir təmasın Bakıda baş tutacağı gözlənilir. Dövlət başçımızın bu istiqamətlərdəki çağırışları bizim tərəfimizdən yüksək qiymətləndirilir”.

U.Mirzəyev əlavə edib ki, Ermənistan cəmiyyəti də Azərbaycanın yaratdığı yeni reallıqla barışmalı olacaq:

“Uzun illər ərzində Ermənistana separatçı qüvvələr rəhbərlik edib. Hazırkı reallıq fonunda demək olar ki, həmin qüvvələr 44 günlük Vətən müharibəsində məğlub oldular. Bu döyüşlərdə təkcə Ermənistan ordusu deyil, həm də separatçıların həyata keçirmək istədiyi konsepsiyalar və ideologiyalar darmadağın edildi. Bütün cəbhələrdə onlar Azərbaycanın tələblərini qəbul etməyə məcbur qaldılar. Buna görə də bəzi qüvvələr Paşinyanı devirməyə cəhd göstərirlər. Lakin onların nə etməsindən asılı olmayaraq Azərbaycan elə bir reallıq yaradıb ki, Zəngəzur dəhlizi açılacaq, ölkələr arasında münasibətlər inkişaf etdiriləcək. Rəsmi Bakının bütün məsələləri həll etməyə və yeni layihələri həyata keçirməyə gücü var. Revanşist qüvvələr bu prosesləri dayandırmaq iqtidarında deyillər”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa