Zelenski yaxın vaxtda Trampla görüşəcək

media-hightechnic-468x90
Ukrayna və ABŞ Prezidentləri Volodimir Zelenski və Donald Trampın görüşü yaxın vaxtlarda gözlənilir.

Yenicag.az xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkədə bildirib.

“Rustem Umerov (Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi – red.) ABŞ tərəfi ilə növbəti görüş haqqında məlumat verib. Bir gün belə itirmirik. Prezident Trampla yaxın zamanda ən yüksək səviyyədə görüş barədə razılaşdıq. Yeni ilədək bir çox şey həllini tapa bilər”, – Ukrayna Prezidenti qeyd edib.

Bundan əlavə, “Kyiv Post” mənbələrə istinadən xəbər verib ki, əgər hər şey plana uyğun gedərsə, Volodimir Zelenskinin ABŞ-yə səfəri artıq dekabrın 28-də baş tuta bilər. Görüşün Floridada keçirilməsi gözlənilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa