“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və iki işçisi saxlanıldı

media-hightechnic-468x90

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı saxlanılıb.

Yenicag.az xəbər verir ki, əməliyyat prokurorluq əməkdaşları tərəfindən həyata keçirilib. Belə ki, Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev tutulub.

Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa