Rusiya Avropa İttifaqının “qara siyahı”sına salındı

media-hightechnic-468x90

Rusiyanın çirkli pulların yuyulması ilə bağlı Avropa İttifaqının (Aİ) “qara siyahı”sına salınması barədə qərar cümə axşamından qüvvəyə minib.

Yenicag.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın çirkli pulların yuyulması üzrə “qara siyahı”ya salınması barədə qərar yanvarın 29-da Aİ dövlətlərindən hər hansı etiraz gəlmədiyi üçün qüvvəyə minib”, – deyə mətbuat xidmətindən bildirilib.

Bu qərar 2025-ci ilin dekabrında Avropa Komissiyası tərəfindən qəbul edilib və onun qüvvəyə minməsi Aİ Şurasında “sükut proseduru” vasitəsilə baş tutub.

Bu “qara siyahı” Avropa bankları üçün siyahıya daxil edilmiş ölkələrlə bağlı istənilən tranzaksiyalara nəzarət üzrə əlavə öhdəliklər tətbiq edir. Bu həmçinin Aİ-yə imkan verir ki, xarici dövlətlərə “qara siyahı”dakı ölkələrlə maliyyə əməliyyatlarına nəzarəti sərtləşdirmək üçün təzyiq göstərsin./Oxu/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa