"Hyundai" 568 min avtomobili geri çağırdı - SƏBƏB

media-hightechnic-468x90

“Hyundai Motor” şirkəti ABŞ-də təhlükəsizlik riski səbəbindən təxminən 569 min “Palisade SUV” modelini geri çağırır.

Yenicag.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Şirkətin açıqlamasına görə, yan pərdə hava yastıqlarının düzgün açılmaması problemi mövcuddur. Geri çağırma 568.576 ədəd “Palisade” modelini əhatə edir.

ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) bildirib ki, bu avtomobillərdə üçüncü sıra sərnişinləri üçün nəzərdə tutulan yan pərdə hava yastıqları qəza zamanı tam açılmaya bilər.

Qurum əlavə edib ki, problemin həlli üçün texniki həll hazırda hazırlanma mərhələsindədir. Bundan başqa, NHTSA qeyd edib ki, Hyundai cihazlar panelinin ekranında yaranan nasazlıq səbəbindən ABŞ-də əlavə 41.651 avtomobili də geri çağıracaq. Bu problem proqram təminatı yeniləməsi vasitəsilə aradan qaldırılacaq.

Qeyd edək ki, “Hyundai Motor” şirkəti daha əvvəl, yanvarın 29-da ABŞ tariflərinin 2026-cı ildə də maliyyə vəziyyətinə mənfi təsir göstərəcəyini açıqlamışdı. Şirkət bildirmişdi ki, bu tariflər nəticəsində dördüncü rübdə əməliyyat mənfəəti gözləniləndən təxminən 40 faiz azalıb.

Tariflərlə yanaşı, 2025-ci ilin sonlarında elektrikli avtomobillərə subsidiyaların dayandırılması və ABŞ-da elektrikli nəqliyyat vasitələrinin ehtiyatını azaltmaq məqsədilə tətbiq edilən satış stimulları da şirkətin gəlirlərinin azalmasına səbəb olub.

Yanvarın 27-də ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadan idxal edilən avtomobillərə və digər mallara rüsumların artırılacağını bəyan edib. Buna səbəb kimi isə ticarət sazişinin imzalanmasında yaranan gecikmələr göstərilib./Trend/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa