“Visa” kartları ilə aparılan əməliyyatların həcmi məlum oldu

media-hightechnic-468x90

2025-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutları tərəfindən buraxılmış “Visa” kartları (o cümlədən statistik vahidlərin ödəniş kartları) üzrə aparılan əməliyyatların sayı 160 milyon vahid, əməliyyatların həcmi isə 9,2 milyard manat təşkil edib.

Yenicag.az bu haqda Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

2024-cü illə müqayisədə əməliyyatların sayı 47 milyon və ya 42,9%, əməliyyatların həcmi isə 2,1 milyard manat və ya 29,6% artıb.

Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış “Visa” kartları üzrə tranzaksiyaların sayı 847,9 min, əməliyyatların həcmi isə 80,8 milyon manat olub.

Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmiş bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan tranzaksiyalardır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa