ABŞ Fars körfəzinə 6-cı esminesi göndərdi

media-hightechnic-468x90

ABŞ Silahlı Qüvvələri sayca altıncı esminesi – “Delbert D. Black” gəmisini Fars körfəzi bölgəsinə göndərib.

Yenicag.az xəbər verir ki, bu barədə”Reuters” agentliyi məlumat yayıb.

Adı açıqlanmayan amerikalı rəsmi mənbəyə istinad agentlik hazırda ABŞ-nin Yaxın Şərq regionunda bir aviadaşıyan, altı esmines və üç sahilyanı zona gəmisi olduğunu bildirib. “Delbert D. Black” esminesi son iki sutka ərzində regiona çatıb.

ABŞ Dövlət katibi, eyni zamanda, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio yanvarın 28-də bildirib ki, Vaşinqton İrana qarşı preventiv xarakter daşıya biləcək hərbi əməliyyat keçirmək imkanını istisna etmir. Rubio təsdiqləyib ki, ABŞ İran ətrafında yaranmış növbəti gərginlik fonunda Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaq niyyətindədir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa