ABŞ və Meksika barışır

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Mexiko şəhərləri arasında yaxın gələcəkdə görüşlərin keçiriləcəyini açıqlayıb.

Yenicag.az-ın məlumatına görə, o, bu barədə Meksika prezidenti Klaudiya Şeynbaumla telefon danışığından sonra “Truth Social”da yazıb.

“Hər iki ölkə üçün olduqca yaxşı keçdi. Diqqət sərhəd məsələlərinə, narkotik qaçaqmalçılığına və ticarətə yönəlmişdi. Tezliklə yenidən əlaqə saxlayacağıq və nəhayət ölkələrimizdə görüşlər təşkil edəcəyik. Meksikanın gözəl və çox ağıllı bir lideri var – onlar bundan çox məmnun olmalıdırlar!” deyə o yazıb.

Öz növbəsində, Şeynbaum “X” sosial şəbəkə hesabında iki ölkə arasında ticarət və ikitərəfli münasibətlər üzrə danışıqlarda irəliləyiş barədə məlumat verib.

“ABŞ Prezidenti Donald Trampla məhsuldar və səmimi söhbətimiz oldu. Biz ticarət və ikitərəfli münasibətləri inkişaf etdirməyə davam edirik. Hər iki komandanın birlikdə işləməyə davam edəcəyi barədə razılığa gəldik. Həmçinin, Vaşinqtona bu yaxınlarda səfərim zamanı tanış olduğum həyat yoldaşı Melaniyanı (Tramp) salamlamaqdan məmnun oldum”, – deyə o yazıb./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa