Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi tanıdı

media-hightechnic-468x90

Avropa İttifaqı (Aİ) İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatlarının siyahısına daxil edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının başçısı Kaya Kallas “X” sosial şəbəkəsində bildirib.

“Repressiyalar cavabsız qala bilməz. Aİ-nin xarici işlər nazirləri indicə İran İnqilab Keşikçilərini terrorist təşkilat elan edərək həlledici addım atdılar. Minlərlə vətəndaşını öldürən hər bir rejim öz süqutuna çalışır”, – o yazıb.

Qeyd edək ki, İranda etirazlar dekabrın 28-də milli valyutanın qəfil dəyərdən düşməsi ilə başlayıb və ölkənin ən azı 46 şəhərini əhatə edib. İnternetə çıxış və mobil əlaqə yanvarın 8-i kəsilib, bu da zorakılığın artması fonunda məlumatlara çıxışı məhdudlaşdırıb. İran Xarici İşlər Nazirliyinin məlumatlarına görə, hüquq-mühafizə orqanları və etirazçılar arasındakı toqquşmalar zamanı 3 117 nəfər həlak olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05