Türkiyənin neft emalı zavodunda partlayış baş verdi
Türkiyənin Kocaeli vilayətində yerləşən “Türkiye Petrol Rafinerileri A.Ş” (TÜPRAŞ) İzmit neft emalı zavodunda partlayış baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və təcili tibbi yardım briqadası cəlb olunub.
Yenicag.az xəbər verir ki, məlumatda partlayışın benzin çənində baş verdiyi, yanğının nəzarət altına alındığı, soyutma işlərinin isə davam etdiyi qeyd edilir.
TÜPRAŞ-ın hadisə ilə bağlı açıqlamasında bildirilib ki, yanvarın 29-u saat 21:30 radələrində İzmit Neft Emalı Zavodunun çən sahəsində baş verən alovlanma texniki təhlükəsizlik qrupları tərəfindən qısa müddətdə nəzarət altına alınıb.
Hadisə nəticəsində heç bir əməkdaş zərər görməyib. Əməliyyatlar normal qaydada davam edir./Azərtac/












