Abdurrahman Aliy: "Türk dünyasında birlik seçim deyil, strateji zərurətdir"

media-hightechnic-468x90

“Birlik və koordinasiya seçim deyil, strateji zərurətdir!”

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Yunus Əmre İnstitutunun prezidenti Abdurrahman Aliy Bakıda keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda deyib.

Tədbirin keçirildiyi tarixi məkanın rəmzi önəminə diqqət çəkən A.Aliy bildirib ki, bir əsr əvvəl İsmayıl Qaspıralının adını daşıyan bu bina bu gün də Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində elmə xidmət etməyə davam edir:

“Aradan keçən bir əsrdən sonra bu gün eyni məkanda yenidən bir araya gəlməyimiz, keçmişlə gələcək arasında qurduğumuz şüurlu əlaqənin göstəricisidir. Bu binanın daşlarında duyulan elm həyəcanı bir əsrdir səngiməmişdir və biz bu gün onun şahidi oluruq”.

Abdurrahman Aliy vurğulayıb ki, müasir dövr Türkologiyanın metodoloji üfüqlərini genişləndirməyi və elmi fəaliyyətin rəqəmsal çağın tələblərinə uyğunlaşdırılmasını tələb edir:

“Eyni məkanda ola bilərik, amma bu gün diqqətimizi bilik istehsalının formasını yeniləməyə yönəldirik. Türkologiya artıq yalnız terminoloji bilik deyil; bu, mətnşünaslıqdan rəqəmsal arxivçiliyə qədər uzanan çoxşaxəli bir elmi müstəvidir. Biz bu sahəni həm də diplomatik və strateji bir faktor kimi qiymətləndiririk”.

YEE rəhbəri Türk dünyasındakı akademik camiəni daha sıx birliyə səsləyərək, pərakəndəliyin zəiflik yaratdığını xüsusi qeyd edib:

“Açıq şəkildə qeyd etmək lazımdır ki, nə bir qurumun, nə də bir ölkənin təkbaşına səyi bu iş üçün yetərli ola bilər. Türk dünyasında parçalanmış görüntü mədəni və akademik potensialımızın zəifləməsinə səbəb olar. Birlik və koordinasiya seçim deyil, strateji zərurətdir. Unutmayaq ki, tək daşla divar olmaz!”

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05