ASAN İnnovativ İnkişaf Mərkəzi və Kontakt Şuşada jurnalistlər üçün təlim reallaşdırıb - FOTO

media-hightechnic-468x90

 

media-banner_tkm

“ASAN xidmət”in və Kontakt Home birgə təşkilatçılığı ilə Şuşa şəhərində “Zəfərdən inkişafa” media inkişaf proqramı keçirilib.

Proqram Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi (AİİM) tərəfindən 3-cü dəfə reallaşdırılır.

22 İyul – Milli Mətbuat Gününə həsr olunan proqramda müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.

Əsas məqsəd bu kateqoriyadan olan şəxslərin süni intellekt texnologiyalarından səmərəli istifadə bacarıqlarının artırılması, informasiya istehsalında innovativ yanaşmaların təşviqi, eyni zamanda onların şəxsi inkişafı və effektiv kommunikasiya sahəsində bilik, bacarıqlarının gücləndirilməsidir.

İştirakçılar mediada müasir süni intellekt alətləri, trendlər və texnologiyaların praktik tətbiqi ilə tanış olublar. Vörkşoplar və real nümunələr əsasında müxtəlif süni intellekt həllərinin məzmunu əsasında xəbər hazırlanması üzrə praktiki bacarıqlar əldə olunub. Dezinformasiyanın və manipulyativ kontentin müəyyənləşdirilməsi, eləcə də rəqəmsal təhlükəsizlik, faktların yoxlanılması istiqamətində aktual mövzular üzrə biliklər də təqdim olunub.

Səfər çərçivəsində iştirakçılar Dövlət Xidmətləri Mərkəzində Şuşa regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Proqramın gedişində iştirakçıların çoxsaylı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
media-b77ef79e-bf59-473e-8527-31df5ce69a3c media-8df8bd24-4f72-49a3-8fad-7898a99df4dd media-8ce94dbf-8c94-4cef-8d67-bb95f8d5ee55 media-1054abdf-6011-4fa9-bf5c-ddf7ebac86db media-013b5188-5882-43aa-97e9-81ba02377f44 media-07dcb776-4b9c-49dd-bd6b-6a53749f1d7c media-850d1bda-e3d0-4e4d-895d-31a2e0992885 media-8803b5fd-d975-4746-a1d2-afa51f6a4118 media-68580e3b-529e-4295-9fb9-78acdb5b96ce media-5ae8f4de-a23e-4135-b561-f916192cd6f9 media-c5810a7f-d5d8-43b2-906e-35dbaa0c92fc

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05