Abel Məhərrəmov təltif olundu

media-hightechnic-468x90

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Abel Məhərrəmov “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı ilə təltif olunub.

Yenicag.az xəbər verir ki, medal AMEA-nın Rəyasət Heyətinin iclasında təqdim olunub.

Medalı Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşin təqdim edib.

İclasda çıxış edən Sergey Aldoşin AMEA ilə Rusiya Elmlər Akademiyası arasında mövcud əməkdaşlıq əlaqələrinə toxunub, müstəqillik illərində birlikdə bir çox layihələrin həyata keçirildiyini, tədqiqatların aparıldığını söyləyib.

O, akademik Abel Məhərrəmovun kimya sahəsindəki nailiyyətlərinin elm xadimləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600