Abel Məhərrəmovun “şou” iddiasına YAP-dan reaksiya: “Öz fikrini deyib”

media-hightechnic-468x90

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov işdən çıxarıldıqdan sonra ilk dəfə mətbuata danışıb.

Yenicag.az xəbər verir ki, keçmiş rektor medianı onun vəzifəsindən azad olunmasını “şouya çevirmək”də suçlayıb (“Report”).

Məhərrəmov indiki vəziyyətində media orqanlarına “tövsiyə” verməkdən də qalmayıb:

“Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur”.

Göründüyü kimi, adı şərab biznesində və hakimiyyətin ünvanına təhdid yağdırmaqda hallanan Məhərrəmov öz ətrafında baş verənləri “şou” hesab edir.

Sabiq rektorun bu iddiasını Yenicag.az-a şərh edən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkil Aydın Mirzəzadə bu barədə geniş danışmağa ehtiyac görməyib:

“Adını çəkdiyiniz şəxsin səsləndirdiyi fikirlərə münasibət bildirməyə ehtiyac görmürəm. O, öz fikirini deyib”.

A.Zeynalov

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600