!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abort sayında fantastik rəqəmlər: Ailələrə dəstək üçün təkliflər AÇIQLANDI

!Reklam – Yazi

“Lakin 6 ay üçün 42 min rəqəm çox böyükdür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda abort sayının yüksək olmasının səbəbləri haqda danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, Azərbaycanda abortların sayı kifayət qədər yüksəkdir.

“Burada göstərici təəssüf ki, dəqiq bölünmür, ümumi məlumat verilir. Lakin 6 ay üçün 42 min rəqəm çox böyükdür. Bu da əhalinin sosial cəhətdən həssas vəziyyətdə olmasının göstəricisidir”, – deyə o əlavə edib.

M.Zeynalova bildirib ki, əslində uşaq pulu verilsəydi, yaxud ailələrə hər hansı dəstək proqramları olsaydı, bu abortların sayı xeyli azalardı.
“Amma hazırki durumda bu demoqrafik göstəriciyə təbii ciddi şəkildə təsir göstərir. Eyni zamanda, bunların arasında selektiv abortlar varsa, paralel olaraq bu onu göstərir ki, ailələr uşaq sahibi olmağa ehtiyat edir. Çünki uşaqlar üçün sosial dəstək proqramları kifayət qədər deyil. Cüzi dəstək proqramları olsa da, onlar da uşaq böyütməyə, onun tələblərini, təhsili ödəməyə, inkişafına yetərli olmur. Bu baxımdan, hesab edirəm ki, ən böyük problem sosial dəstək proqramının kifayət qədər olmamasıdır. Bir çoxları işsizdir, uşaq dünyaya gətirə bilmir və yaxud da uşağa baxmaq üçün tələblər kifayət qədər yetərli deyil. Bunların hamısı təsiredicidir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv