Mənzurə KÖVRƏLDİ: "Bəlkə də Allahın mənə yazığı gəldiyi üçün..."
“Bəlkə də Allahın mənə yazığı gəlib, övlad verməyib”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva “İncəSəhər” verilişində deyib.
“Mənim heç uşaqlığım olmayıb. Uşaq yaşlarından toylarda, tədbirlərdə oxuyub pul qazanmışam. Həyatda və sənətdə hər şeyə nail olmuşam. Bir əskikliyim var, o da ailə və uşaqdır. Xoşbəxtəm, amma yanımda ailəm və övladım olsaydı, çox xoşbəxt olardım. Ürəyimdəki sözümü onunla bölüşə bilərdim. Amma qismət belə gətirdi ki, ailə qurdum, alınmadı, övladım olmadı. Bəlkə də o övlad pis olardı, mənə dərd verərdi, buna görə də Allahın mənə yazığı gəlib, verməyib”.
Nehru













