Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə Agentliyin İdarə Heyəti sədri Vüqar Süleymanov deyib.
ANAMA sədri bildirib ki, bu gün ANAMA müasir texnologiyalar, innovativ metodologiyalar, mexaniki minatəmizləmə vasitələri, minaaxtaran itlər və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyatlar həyata keçirir. Azərbaycanın humanitar minatəmizləmə təcrübəsi beynəlxalq səviyyədə maraqla öyrənilən və nümunə göstərilən fəaliyyət istiqamətlərindən biridir.
Ən müasir texnologiyalar və mexaniki vasitələrdən istifadə olunsa da, humanitar minatəmizləmənin əsas hərəkətverici qüvvəsi insan əməyidir. Minaaxtaranların peşəkarlığı, dəqiqliyi və məsuliyyəti hər bir əməliyyatın uğurunu təmin edən əsas amildir.













