!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ alternativlər axtarışında – “Petro-dollar” anlayışı sona çatır

!Reklam – Yazi

ABŞ Səudiyyə Ərəbistanı arasında 1970-də Henri Kissincer tərəfindən formalaşan “Petro-dollar” anlayışı sona çatmaqdadır.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunur ki, “Petro-dollar” demək yalnız neftin dollarla alınması deyil, eyni zamanda Səudiyyə Ərəbistanın əldə etdiyi dollarları ABŞ borc kağızlarına yatırması anlamına gəlirdi.

“Yəni “Petro-dollar”da bir digər önəmli amil ABŞ-nin net idxalatçı olması və Səudiyyə Ərəbistanı ilə münasibətlərdə defisitlə çıxış etməsi idi. Eyni zamanda, Səudiyyə Ərəbistanında neftini də ABŞ şirkətləri hasil və emal edirdi. Bəs indi nə dəyişdi? ABŞ günlük 5.1 milyon barel istehsal, günlük 2 milyon barel ixrac və ümumi 13.4 milyon barel rekord istehsalla neft bazarında artıq idxalatçı yox, həm də ixracatçıdır. ABŞ Səudiyyə Ərəbistanı ilə münasibətlərdə defisitlə yox, ilk dəfə olaraq məhz bu il profisitlə çıxış edir. Səudiyyə Ərəbistanı isə ilk dəfə olaraq cari açıq verib. Bundan əlavə Ər-Riyad nefti artıq özü hasil edir”, – deyə kanal yazır.

Kanal xatırladıb ki, ötən gün həmdə məşhur neft embarqosunun 50-ci ildönümü baş tutub. Qeyd etmək lazımdır ki, həmin olaylar zamanı Səudiyyə Ərəbistanı kralı Faysal Fələstin və digər mövzulara görə Yaxın Şərq tarixində ilk dəfə ABŞ-yə qarşı əl yüksəltmişdi.

Bildirilir ki, Səudiyyə Ərəbistanı neft embarqosunun 50-ci ildönümündə ABŞ aktiv sənədlərinin alışını artırmaqda davam edir.

“Hətta əmanət artıqlığının 90%-i buradan axsa da, məkanlar fərqlidir. Yəni artım daha sərfəli ABŞ səhmlərinə gedir və Səudiyyə Ərəbistanı Çinin yuanla bağlı sərt və həssas mövqeyindən dolayı hələ də ölkə daxilində qalan əmanət profisitini ABŞ maliyyə sektorunda saxlamağa üstünlük verir.

Bu baxımdan, BRICS və digər ortaq pul vahidi ideyaları hələlik reallaşmır. Çünki Çin ciddi nəzarət rejimi tətbiq edir, Hindistan öz pul vahidi konvertinə qarşı çıxır, beləliklə “Petro-yuan” anlayışı buna görə hələlik reallaşmır. Lakin bu heç də “Petro-dollar”ın davam etdiyi anlamına gəlmir. Səudiyyə Ərəbistanının net ixracatçıdan cari açıq verən ölkəyə çevrilməsi “Petro-dollar” düsturunu pozur”, – deyə qeyd edilib.

Rafi Müslümov

COP29

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv