ABŞ-Azərbaycan arasındakı “qara pişik”lik edən ölkə hansıdır?
Azərbaycan-ABŞ münasibətlərinin pisləşməsində Ermənistan lobbisinin, Rusiyanın siyasi rəhbərliyinin, hətta Qərbdəki bəzi ölkələrin də xidmətləri ola bilər”
Son zamanlar ABŞ başda olmaqla QərbləAzərbaycan arasında münasibətlərdə müəyyən gərginlik hiss olunur. Azərbaycan ABŞ-ı ona qarşı ikili standartlar yüritməkdə ittiham edir. Söz yox ki, Qərblə Azərbaycan arasında münasibətlərin gərginləşməsində bəzi üçüncü ölkələr maraqlı ola bilərlər.
Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli əminliklə söylədi ki, Qərb-Azərbaycan arasında münasibətlərin korlanmasında maraqlı olan ölkələr çoxdur. Onbların da başında Rusiya dayanır: “Hətta bunu açıq söyləyənlər də var. Rusiya bu yaxınlarda verdiyi bəyanatda açıq şəkildə göstərdi ki, Qərb, birinci növbədə Amerika bəzi ölkələri onun əleyhinə koalisiya şəklində birləşdirmək istəyir. Hətta Rusiya təhdid şəklində postsovet məkanı ölkələrinə bildirmişdi ki, onlar Qərbə tərəf addım atsa Moskva tərəfindən cavabsız qalmayacaqlar. Bəli, Azərbaycan-ABŞ münasibətlərinin pisləşməsində bir sıra ölkələrin, Ermənistan lobbisinin, Rusiyanın siyasi rəhbərliyinin, hətta Qərbdəki bəzi ölkələrin də xidmətləri ola bilər. Hətta bu münasibətlərin korlanmasını istəyənlər arasında müsəlman ölkələrindən bəziləri də ola bilər. Onlar Azərbaycanın inkişaf yolunun qarşısının alınması üçün Bakı ilə Vaşinqton arasındakı münasibətlərin pisləşməsinə çalışırlar”.
Elçin