ABŞ Konqresinin Senatı afroamerikalı general Çarlz Braunun ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) qərargah rəisi vəzifəsinə təyinatını təsdiqləyib.
Yenicag.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, ilk dəfə adıçəkilən vəzifəni qaradərili hərbçi tutacaq. Onun namizədliyini 98 senator dəstəkləyib, onun əleyhinə səs verən olmayıb.
Bildirilir ki, Ç.Braunun qərargah rəisi təyin edilməsi ilə 1993-cü ildən ilk dəfə ABŞ Qərargah Rəisləri Komitəsinin yenidən afroamerikalı üzvü olacaq.
ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində Ç.Braunu yeni vəzifəsi münasibəti ilə təbrik edib: “Bu Amerika üçün tarixi bir gündür! Vətənpərvər və böyük rəhbər olan general Braun ilə daha da sıx işləməkdən məmnunam”.
www.yenicag.az