Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ-da təyyarə qəza enişi etdi - Xəsarət alanlar var

Honolulu (Havay) hava limanında  təyyarənin qəza enişi etməsi nəticəsində 2-si uşaq olmaqla 7 sərnişin xəsarət alıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yerli “Hawaiian Airlines” aviaşirkətinə məxsus olan təyyarə Kaliforniya ştatının Oklend şəhərindən Havay adalarının Qonolulu şəhərinə uçurmuş.

Hadisəyə hava gəmisinin göyərtəsində tüstülənmə səbəb olub.

Xəsarət alanların hamısı nəfəs çağışmazlığı problemi ilə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, təyyarədə 184 sərnişin və 7 heyət üzvü olub.

Tüstülənmənin baş vermə səbəbi araşdırılır.

www.yenicag.az

1895