ABŞ-da təyyarə yaşayış evlərinin üzərinə düşüb, ölən və yaralananlar var - VİDEO

media-hightechnic-468x90

ABŞ-ın Kaliforniya ştatında yüngülmotorlu təyyarə yaşayış evlərinin üzərinə düşüb.

Yeniçağ.Az-ın “APA” istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Riversayd şəhərindən San-Xoseyə uçan “Cessna 310” təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. İlkin məlumata əsasən, təyyarənin göyərtəsində 4 nəfər olub.

Üzərilərinə təyyarə düşən iki fərdi yaşayış evində yanğın başlayıb. Sonra alov yaxınlıqdakı tikililərə keçib. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəzanın səbəbləri müəyyənləşdirilir. Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi araşdırma aparır.

https://youtu.be/8lPo5eH89xQ

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600