Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

ABŞ-dan separatçılara “viza dəstəyi”: “Dövlət Departamentinin icazəsi olmasa...” – Politoloq

“ABŞ-ın Ermənistan və Rusiyadakı səfirliklərinin mətbuatın yazdığı kimi sözügedən fəaliyyəti Dövlət Departamentinə əvvəlcədən bəllidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ və Rusiyanın postsovet məkanında mövcud olan qondarma “dövlət”lərin sakinlərinə viza xidməti göstərməsini şərh edən politoloq Elşən Manafov deyib.

ABŞ-ın İrəvan və Moskvadakı səfirlikləri Vyana konvensiyasına zidd hərəkətlərini davam etdirirlər. Məlumata görə, ABŞ-ın Ermənistan və Rusiyadakı səfirlikləri MDB məkanındakı tanınmamış Cənubi Osetiya, Abxaziya, hətta Dağlıq Qarabağın separatçı rejimlərinin müraciətlərinə baxaraq, orada yaşayan sakinlərə viza verməyə başlayıb (haqqin.az).

Qeyd olunur ki, ABŞ-ın sözügedən ölkələrdəki diplomatik nümayəndəlikləri adları çəkilən qondarma “dövlət”lərin sakinlərinə həvəslə viza xidməti göstərirlər. Əslində, ABŞ və Rusiyanın separatçı rejimlərə açıq və gizli dəstəklərini nəzərə alsaq, Vaşinqtonla Moskvanın belə davranışları qətiyyən gözlənilməz deyil.

Mövzu ilə bağlı Yenicag.az-a danışan politoloq Elşən Manafov bildirib ki, ABŞ-ın xarici ölkələrdəki səfirlikləri Dövlət Departamentinin razılığı olmadan 1961-ci ildə qəbul olunmuş Vyana konvensiyasına zidd addımlar ata bilməz:

“ABŞ-ın Ermənistan və Rusiyadakı səfirlikləri sözügedən addımı atıblarsa, bu diplomatik korpusun fəaliyyətilə bağlı 1961-ci ilin Vyana konvensiyasının məlum müddəalarının kobud şəkildə pozulması və beynəlxalq hüquq normaları çərçivəsində qanunvericiliyə zidd hərəkətdir.

Səfirliklər bütün hallarda öz fəaliyyətlərini ABŞ Dövlət Departamenti ilə uzlaşdırmalıdır. Heç şübhəsiz, ABŞ-ın Ermənistan və Rusiyadakı səfirliklərinin mətbuatın yazdığı kimi sözügedən fəaliyyəti Dövlət Departamentinə əvvəlcədən bəllidir.

Yəqin ki, onlara bu məsələ əvvəlcədən bəlli olub və razılaşdırılıb. Gerçəkdən Dövlət Departamenti məsələni razılaşdırıbsa, Azərbaycan Xarici İşlər Nazirliyi ən azından ABŞ-ın Bakıdakı səfirliyinə nota verməlidir. Həmçinin, Rusiyaya münasibətdə də anoloji addımı atmaq lazımdır.

Çünki, həmin addım baş veribsə, bu diplomatik korpusların fəaliyyətinin tənzimlənməsilə bağlı 1961-ci ilin Vyana konvensiyasının məlum müddəalarına ziddir. Səfirliklər heç bir halda Dövlət Departamenti və yaxud Xarici İşlər Nazirliklərilə uzlaşdırmadan belə bir addıma gedə bilməz.

Həmin vəziyyət onu göstərir ki, ABŞ-ın hazırkı adminstrasiyası beynəlxalq birliyi çaşqınlıq içərisində saxlamaqda davam edir. ABŞ kimi super dövlətin prezidenti Afrikadakı bəzi ölkələrin əhalisinə sayğısızlıq edərək, onları “zibil qutusu” adlandırır və buna görə üzr istəməyəcəyini bəyan edirsə, deməli yeni adminstrasiya artıq ipə-sapa yatmayan siyasət yürüdür.

Qüdslə bağlı ABŞ-ın mövqeyinə BMT-də 128 dövlətin “yox” deməsi göstərdi ki, artıq dünya birqütblü dünya deyil. Sözügedən məsələ həqiqətən baş veribsə, Azərbaycan dövləti dərhal operativ və beynəlxalq hüquq normaları kontekstində reaksiya verməklə, Dövlət Departamentindən məsələyə aydınlıq gətirilməsini tələb etməlidir. Həmin səfirliklər addımı Dövlət Departamentindən xəbərsiz atıbsa, dərhal həmin səfirlər geri çağırılmalıdır. Həmçinin, Azərbaycana dost dövlətlər də məsələni diqqətdən kənar qoymamalıdır”.

ELÇİN

www.yenicag.az

1017
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM