Türkiyənin Suriyanın şimalında başlatdığı “Barış Pınarı” əməliyyatları ilə bağlı ABŞ-dan növbəti açıqlama verilib.
Yenicag.az xəbər verir ki, Cumhuriyyətçi senator Linsey Qraham Türkiyəni təhdid edib.
“Əgər aldığım xəbərlər doğrudursa, Türkiyə Suriyaya daxil olubsa cəhənnəmə gedən yolun daşlarını düzürlər” – deyə, senator bildirib.
Trampın ABŞ əsgərlərini bölgədən çəkmək qərarına qədər ən yaxın dəstəkçisi sayılan Qraham indi həm Donald Tramp, həm də Rəcəb Tayyib Ərdoğana etiraz edib. Trampı “kürd müttəfiqlərini yanlız buraxmaq”da günahlandıran Qraham, Ərdoğana “cəhənnəmə gedən yolun daşlarını düzürlər” mesajını yollayıb.
Qrahamın açıqlamasında ən diqqətçəkən məqam isə, İŞİD-in yenidən aktiv döyüş meydanında görünəcəyini iddia etməsidir:
“Əgər aldığım xəbərlər doğrudursa, Türkiyə Suriyaya daxil olubsa cəhənnəmə gedən yolun daşlarını düzürlər. Kürd müttəviqlərimiz üçün dua edin. Onlar Tramp hökuməti tərəfindən tərk edildi. Bu addım İŞİD-in təkrar ortaya çıxmasını qarantiləyir. Ərdoğan bunun hesabını verəcək. Konqresə özüm liderlik edəcəm. Prezidenti tezkən qərar dəyişdirməyə və təhlükəsiz bölgə sisteminə geri dönməyə dəvət edirəm”.
Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında aktiv olan PKK/YPG terrorçularına qarşı “Barış Pınarı” əməliyyatlarına başlayıb.
Həşim Səhrablı
www.yenicag.az