ABŞ-də nəhəng “dəniz yırtıcısı”nın qalıqları tapıldı – FOTO

media-hightechnic-468x90

ABŞ-də Təbaşir dövründə yaşamış nəhəng dəniz sürünəni – mosazora aid fosil tapılıb.

Yenicag.az xəbər verir ki, alimlər Missisipi çayı sahilində bu qədim canlıya aid fəqərə sümüyünü aşkarlayıblar.

Mütəxəssislər bildirirlər ki, mosazorlar 82–66 milyon il əvvəl okeanların ən qorxulu yırtıcıları sayılıb. Onların uzunluğu 15 metrə, çəkisi isə 9 tona qədər çatıb.

“Bu, əsl dəniz yırtıcısıdır”, – deyə Missisipi Ətraf Mühitin Keyfiyyəti Departamentinin geoloqu Ceyms Starnes qeyd edib.

Tapılan sümüyün ştatda indiyədək aşkarlanan ən iri fosillərdən biri olduğu ehtimal edilir. Starnes bu ölçüdə bir nümunəyə ilk dəfə rast gəldiyini bildirib.

Qeyd edək ki, mosazorların nəsli 66 milyon il əvvəl Yerə düşən nəhəng asteroidin səbəb olduğu kütləvi yox oluşla birlikdə tükənib. Alimlər bu yırtıcıların yoxa çıxmasının okeanlarda balina, fok və iri balıqların yayılmasına şərait yaratdığını qeyd edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600