ABŞ dəhlizə nəzarət istəyir, Rusiya təxribat planlayır – Bölgədə YENİ SİYASİ OYUNLAR?

media-hightechnic-468x90

 

“Azərbaycanın və Türkiyənin Ermənistana təzyiq siyasəti davam etməlidir”.

Bu fikirləri Ermənistanla Azərbaycan arasında ABŞ-da niyyət protokolunun imzalanacağı barədə xəbərlərin yayıldığı ərəfədə atəşkəsin pozulması iddialarını Yenicag.az-a şərh edən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev bildirib.

media-1737817256_img-20250125-wa0076

Onun sözlərinə görə, Rusiya istənilən an təxribat törədə bilər:

“Son zamanlar Azərbaycanla Ermənistan arasında ciddi danışıqlar aparılır. Bunun bir qismi mətbuata sızır, digəri isə qapalı qalır. Rusiya bu prosesdə oyundan kənarda qalıb. Azərbaycanın məqsədi vasitəçilərsiz sülh müqaviləsinin imzalanmasıdır. ABŞ-la Azərbaycanın mövqeləri, xüsusən də Tramp administrasiyası dövründə, üst-üstə düşür. Bu məsələ Rusiyasız da həll edilə bilər”.

Millət vəkili əlavə edib ki, ABŞ-ın da bu prosesdə öz maraqları var:

 “ABŞ Türkiyədəki səfiri vasitəsilə bildirdi ki, dəhlizə onlar nəzarət edəcək, hətta 100 illik icarəyə götürə bilərlər. Azərbaycan prezidenti ilə ABŞ prezidentinin Vaşinqtonda görüşməsi məsələsi də gündəmdədir. Təbii ki, bu prosesi pozmaq istəyən qüvvələr mövcuddur. Onlar vəziyyəti çətinləşdirməyə çalışacaqlar. Ermənilərə son ana qədər güvənmək olmaz. İstənilən halda ehtiyatlı olmaq lazımdır. Çünki son anda götürdükləri öhdəlikdən imtina edə bilərlər”.

Elşad Musayev vurğulayıb ki, bütün hallarda Azərbaycan və Türkiyə Ermənistana qarşı təzyiq siyasətini davam etdirməlidir:

 “Rusiya istənilən təxribatı törədə bilər. Bu məqamı da diqqətdən qaçırmaq olmaz”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa