!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dən HƏMAS-İsrail anlaşması ilə bağlı açıqlama

!Reklam – Yazi

“Fələstinin HƏMAS radikal hərəkatının rəhbərliyi İsrail hakimiyyəti ilə razılaşma təkliflərinə hələlik yekun cavab verməyib, ABŞ bunu mümkün qədər tez almağa çalışır”.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

Ondan radikallar tərəfindən saxlanılan girovların azad edilməsi və humanitar fasilənin bərpa oluna biləcəyi mümkün saziş ətrafında yaranmış vəziyyəti şərh etməsi xahiş olunub.

“HƏMAS-ın rəsmi açıqlamaları o qədər də ürəkaçan deyil. Amma bu gün səhər mən Qətərin Baş naziri Şeyx Məhəmməd ilə danışdım. O, hələlik heç bir cavab almayıb. Mən təkid etdim ki, o, onlardan mümkün qədər tez cavab almağa çalışsın. Və bu məsələ ilə bağlı daha çox məlumat əldə etdikdə sizə məlumat verəcəyik”, – deyə Sallivan bildirib.

 

COP29

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv