ABŞ dövlət katibi İrana çağırış etdi

media-hightechnic-468x90

“Nüvə proqramı ilə bağlı problemin öhdəsindən gəlmək İrandan asılıdır”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Yunanıstan baş naziri Kriakos Miçotakislə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, nüvə proqramı ilə bağlı problemin öhdəsindən gəlməyin ən effektiv və davamlı yolu diplomatiyadır: “Amma hazırda bu səylər arxa plandadır. Çünki İran bu məsələlərlə ciddi məşğul deyil”.

Blinken diplomatiya üçün qapının hər zaman açıq olduğunu xatırladıb: “Çox şey İranın ritorikasından asılıdır”.

Qeyd edək ki, E.Blinken ötən gün Türkiyədə səfərdə olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa