ABŞ dövlət katibi Rusiyaya səfər edəcək
ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya səfər edəcək.
Yeniçağ.az xarici mətbuata istinadla xəbər verir ki, Dövlət Departamenti aprel ayında R. Tillersonun İtaliyada “7-lər”in xarici işlər naziri ilə görüşəcəyini, daha sonra isə Rusiyaya səfər edəcəyini açıqlayıb.
Məlumatda bildirilir ki, Reks Tillerson NATO xarici işlər nazirlərinin görüşünə isə qatılmayacaq. Həmin görüşdə ABŞ-ı dövlət katibinin siyasi məsələlər üzrə müavini Tom Şennon təmsil edəcək.
Yeniçağ.az