“Ermənistan saxta həqiqətlərini ABŞ-dən istifadə edərək təmin etmək üçün Azərbaycana basqılar edə bilər”.
Bu sözləri Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq xartiyasının regiona təsirini Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
Onun sözlərinə görə, məlum anlaşma Azərbaycandan daha çox Rusiyaya yönəlib:
“Bu proseslərin inkişaf xəttinə nəzər salsaq, ABŞ bölgədəki dövlətlərin Rusiya əsarətindən xilas etməsi üçün çalışır. Ermənistan Azərbaycan münasibətlərini əngəlləyən Rusiya olub. Donald Trampın bəyanatlarından hiss olunur ki, bölgədə sülhün tərəfdarıdır. O cümlədən Türkiyə ilə münasibətlər ön plana çıxır. ABŞ Ermənistan arasında imzalanan müqavilə Azərbaycana təhdid deyil. Ermənistan Qərbə inteqrasiya xəttin tutur”.
“Ermənistan saxta həqiqətlərini ABŞ-dən istifadə edərək təmin etmək üçün Azərbaycana basqılar edə bilər. Qarabağdan könüllü gedən ermənilərin geri qayıtması, delimitasiya və demarkasiya ilə bağlı, Qərbi Azərbaycan məsələsinin gündəmdən çıxarılması yöndə Azərbaycana təzyiqlər mümkündür. Ona görə də Azərbaycan güclü və Türkiyənin də olduğu qütbə istiqamət götürməlidir”.
Səxavət Məmməd
www.yenicag.az