ABŞ esminesi Qırmızı dənizdə üç pilotsuz təyyarəni məhv etdi

media-hightechnic-468x90

Qırmızı dənizdə üç ticarət gəmisi gün ərzində dörd dəfə hücuma məruz qalıb. ABŞ esminesi gəmilərdən gələn çağırışlara cavab olaraq üç pilotsuz təyyarəni vurub.

Yenicag.az xəbər verir ki, bu barədə Pentaqonun (ABŞ) Mərkəzi Komandanlığının “X” sosial şəbəkəsində məlumat yayılıb.

Bildirilir ki, həyəcan siqnallarına ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Carney” esminesi cavab verib.

“Bu hücumlar beynəlxalq ticarətə və dəniz təhlükəsizliyinə birbaşa təhdiddir”, – deyə komandanlıqdan vurğulanıb.
Hücumların Yəməndən olan husilər (“Ənsar Allah” hərəkatının üzvləri) tərəfindən həyata keçirilsə də, bütünlüklə İran tərəfindən təşkil edildiyi qeyd edilir.

“Birləşmiş Ştatlar beynəlxalq müttəfiqlərlə tam koordinasiya şəraitində müvafiq cavabı nəzərdən keçirəcək”, – deyə komandanlıqdan əlavə edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa