ABŞ-ın hərbi gəmisi Batumidə
ABŞ-ın 6-cı Hərbi Dəniz Donanmasının flaqman gəmisi Batumi limanına daxil olub.
Bu barədə Acarıstan hökumətinin rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata görə, hərbi gəmi Gürcüstanın sahil mühafizəsi ilə birlikdə təlimlərdə iştirak edəcək.
“Dörd gün ərzində “Mount Whitney” gəmisi sahil mühafizəsinin əməkdaşları ilə birgə təlimlər keçəcək, həmçinin yerli hökumətin nümayəndələrinin şərəfinə konsert təşkil olunacaq”, – məlumatda bildirilib.