ABŞ-ın terror hesabatı: sənəddə FETÖ-ya da yer ayrılıb

media-hightechnic-468x90

ABŞ Dövlət Departamentinin 2016-ci il qlobal terrorizmlə bağlı hesabatında PKK və PYD/YPG ilə yanaşı, FETÖ-dan da bəhs edilib.

media-banner_tuq

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözügedən hesabatında Türkiyənin başda PKK və İŞİD olmaqla terrorçulara qarşı mübarizəni davam etdirdiyi vurğulanıb.

Türkiyə Milli Təhlükəsizlik Qurumunun FETÖ-nu 2016-cı il mayın 26-da terror təşkilatı siyahısına saldığı qeyd olunan hesabatında 15 iyul çevriliş cəhdi haqqında bu ifadələr yer alıb:

“Hökumət 240-dan artıq insanın həlak olduğu, 2 mindən çox vətəndaşın yaralandığı 15 iyul çevriliş cəhdində Gülən hərəkatının məsuliyyət daşıdığını bildirir”.

Hesabatda hökumətin açıqladığı rəqəmlərə istinad olunaraq, 2016-cı il noyabrın 26-na qədər FETÖ-ya bağlı 86 min nəfərin işdən azad olunduğu, 8 oktyabra qədər isə terror şəbəkəsi ilə əlaqəli olan 35 min nəfərin həbs edildiyi bildirilib.

Sənəddə Türkiyə Daxili İşlər Nazirliyinə istinadən qeyd olunub ki, 2016-cı ildə İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsinə bağlı 1381-i əcnəbi olmaqla 3089 nəfərin saxlanıldığını, onlardan 618-i əcnəbi olmaqla 1204-nün həbs olunduğu qeyd edilib.

Dövlət Departamentinin hesabatında PKK-nın 2016-cı ildə Türkiyədə terror hücumlarına ara vermədiyi qeyd olunsa da, bu şəbəkənin Suriya qolu olan PYD yenə də terror təşkilatı kimi tanınmayıb.

Yenicag.Az

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05