ABŞ-İran münasibətinin həlli YOLLARI: Müharibə, yoxsa böyük razılaşma? - ŞƏRH

media-hightechnic-468x90

“İran – ABŞ müharibəsi Trampın sonunun əvvəli ola bilər.”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

media-2022-03-17-11-04-33r1wadhv4sicdgmcvfnjg_file-1

Politoloq İran – ABŞ münasibətlərində mümkün müharibə variantının nə dərəcədə real olub-olmadığını geniş şəkildə izah edib:

“Amerika İranı psixoloji təzyiqlərlə yola gətirməyə çalışır ki, Tehran öz hüquqlarından əl çəksin. Amerika və İsrailin birgə tələbləri ondan ibarətdir ki, İran proksi qüvvələri dəstəkləməsin, nüvə proqramını sıfırlasın və raket proqramını dayandırsın. Bunlardan daha vacib olanı isə rejim dəyişikliyi hədəfidir. Bunlar elə tələblərdir ki, İran bu şərtlər altında əyilməz, əzilməz və geri çəkilməz. Yeganə ehtimal nüvə proqramı ilə bağlı zənginləşdirmənin dərəcəsini bir qədər azalda bilərlər.

Faktiki olaraq, ABŞ vitse-prezidenti və kəşfiyyat rəhbəri birmənalı olaraq İrana qarşı güc tətbiq edilməsinin əleyhinədir. Güc tətbiqini istəyən əsas fiqur isə Rubiodur. Bu siyahıya Netanyahunu da əlavə etmək olar. Bu şəxslər bir dövlətin suveren haqlarını şübhə altına alır və İranın bölgəyə təhdid olduğunu göstərməyə çalışırlar. Biz görə bilirik ki, ‘mərdi qova-qova namərd edirlər’. İran indiyədək heç bir dövlətə hücum etməyib, amma həmişə hücuma məruz qalıb.

Mən belə başa düşürəm ki, Tramp müharibə başlasa, qalib gələcəyinə əmin deyil. Əksinə, Tramp başa düşür ki, Amerikaya uzun müddətdir tabutlar getmir; əgər tabutlar getməyə başlayarsa, onun siyasi müqəddəratı çox çətin olacaq. Hazırda Tramp Netanyahunun girovuna çevrilsə də, İsrail baş nazirinin özünün də girov olma ehtimalı var. Netanyahuya müharibə öz siyasi ömrünü uzatmaq üçün lazımdır. Müharibə başlayarsa və ABŞ böyük itki versə, bu, Trampın sonunun əvvəli olacaq. Sırf bunları nəzərə alıb, İranı psixoloji olaraq sındırmağa çalışırlar.”

Politoloq qeyd edib ki, İranın Ali Dini Rəhbəri Amerikanın təzyiqləri qarşısında geri çəkilməyəcək:

“Düşünürəm ki, Xamenei geri çəkilən deyil. Onun, ilk növbədə, itirəcəyi heç nə yoxdur. Hazırda müharibə istəyən kabinet üzvləri İran barədə geniş təxribatlara da əl atırlar. Məsələn, İranda 30 min insanın ölməsi şayiəsini yayırlar, halbuki rəsmi olaraq 3170 nəfərin öldüyü təsdiq olunub”.

T. Abbasov Amerikanın İrana verdiyi iddia edilən 48 saatlıq vaxt məsələsinə də toxunub:

“Amerikanın İrana 48 saat vaxt verməsi növbəti manevrdir. Sadəcə İranı yola gətirməyə çalışırlar. Bu təzyiqlərlə İranı sındırmaq mümkün olmayacaq. Görünən odur ki, İsrailin yaxın zamanda Amerikanı müharibəyə çəkmək planı suya düşəcəyi təqdirdə, o, təkbaşına İrana hücum edəcək, ABŞ isə kənardan sadəcə dəstək verəcək”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05