ABŞ İranla əlaqəli olan türk şirkətlərinə sanksiya tətbiq etdi

media-hightechnic-468x90

ABŞ Maliyyə Nazirliyi İranın hərbi sənaye kompleksi üçün beynəlxalq təchizat zəncirlərində iştirak edən Türkiyə və bir sıra digər ölkələrdən 21 şirkət və 17 fiziki şəxsə sanksiya tətbiq edib. 

Yenicag.az xəbər verir ki, məhdudiyyətlər İran, Çin, Honq-Konq, Almaniya, Portuqaliya və Uruqvayda ballistik raketlər, hava hücumundan müdafiə sistemləri, vertolyotlar və hərbi təyyarələr üçün texnologiyanın tədarükü ilə məşğul olan qurumlara və vasitəçilərə aiddir.

Vaşinqton bu şəbəkələrin “Amerika hərbi personalını, gəmilərini və mülki insanları təhdid etdiyini” vurğulayıb. Siyahıda olan şirkətlərin və şəxslərin bütün aktivləri ABŞ-da bloklanır və onlarla əməliyyatlar qadağandır. Sanksiyaların pozulması mülki və cinayət cəzalarını, o cümlədən xarici maliyyə institutları üçün ikinci dərəcəli sanksiyaları nəzərdə tutur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa