ABŞ İsrailə silah embarqosu tətbiq edəcək? – Harris ilk müsahibəsində açıqladı

media-hightechnic-468x90

Demokratlardan prezidentliyə namizəd Kamala Harris seçiləcəyi təqdirdə İsrailə silah embarqosu tətbiq etməyi planlaşdırmır.

Yenicag.az xəbər verir ki, ABŞ Demokratik Partiyasının nümayəndəsi noyabrın 5-də keçiriləcək seçkilərdə namizəd kimi irəli sürüldükdən sonra CNN-ə ilk müsahibəsində bildirib.

“Açığını deyim: İsrailin müdafiəsinə və özünü müdafiə etmə qabiliyyətinə sadiqliyim sarsılmaz və mütləqdir. Bu, dəyişməyəcək”, – deyə o qeyd edib.

Harris qeyd edib ki, bir sıra partiya nümayəndələrinin Təl-Əvivə silah tədarükünə embarqo qoyulması ilə bağlı tələblərinin əksinə olaraq, o, Ağ Evin rəhbəri vəzifəsinə seçiləcəyi təqdirdə belə bir qərar qəbul etmək niyyətində deyil.

“Xeyr. Biz bu sövdələşmə ilə məsələni həll etməliyik”, – deyə Harris aparıcının müvafiq sualına cavab verib.

Eyni zamanda, siyasətçi İsrailin hücumları nəticəsində çoxlu sayda fələstinlinin həlak olmasına diqqət çəkib. “Bu müharibə bitməlidir. Biz müqavilə bağlayıb məhbusları (Qəzzadan) çıxarmalıyıq. Gəlin, məhbusları xilas edək və atəşkəsi təmin edək”, – deyə ABŞ prezidentliyinə namizəd bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600