!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ kəşfiyyatından dünyanı silkələyəcək səs yazısı: “Jurnalisti şahzadə aradan götürüb”

!Reklam – Yazi

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd İbn Salmanın gizli səs yazısı mediaya sızdırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti ABŞ kəşfiyyatının gizli səs yazmalarına istinadən məlumat yayıb.

Xəbərdə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd İbn Salmanın “Washington Post” yazarı Camal Qaşıqçının müəyyən vədlərlə Səudiyyə Ərəbistanına dönməyə razı salınması, daha sonra da həbs olunmasını əmr etdiyi irəli sürülüb. Qəzet bütün məsuliyyətin ABŞ kəşfiyyatına aid olduğunu bildirib.

Qaşıqçıya yaxın olan insanların dediklərinə görə, son 4 aydır Səudiyyə səlahiyyətliləri Qaşıqçını axtarırmış. Jurnalistin Səudiyyə Ərəbistanına dönəcəyi təqdirdə ona xüsusi təhlükəsizlik, hətta yüksək dövlət vəzifəsi də təklif edilib. Qaşıqçının yaxınları jurnalistin heç vaxt bu təkliflərə inanmadığını və bütün bunların onu tələyə salmaq üçün təxribat olduğunu söylədiyini qeyd ediblər.

Ərəb mənşəli Amerikalı siyasi fəal Xalid Saffuri Camal Qaşıqçının may ayında bu təkliflərə münasibətini soruşduqda: “Zarafat edirsən? Onlara əsla güvənmək olmaz!” – deyə cavab verdiyini bildirib.

Həşim Səhrablı

COP29

www.yenicag.az

2755
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv