!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ Konqresində məndən soruşdular ki, Azərbaycanı niyə dəstəkləyirsən?” – Yəhudi dini lider

!Reklam – Yazi

“İslam dininin əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlər “Ərəb baharı” nəticəsində məhv edildi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən “Media: Dini radikalizmlə mübarizə” konfransındakı çıxışı zamanı Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev deyib.

Milix Yevdayevin sözlərinə görə, Azərbaycana qarşı xaricdən idarə olunan təxribatların qarşısı vaxtında alınmalıdır:
“Müdriklərdən birinin gözəl sözü var: Zamanın sözünü sözün zamanında demək lazımdır. Biz də bütün bu baş verənlər barəsində vaxtında və açıq danışmalıyıq.

Əlbəttə, Gəncədə baş verən hadisələr kortəbii şəkildə yaranmadı. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq dairələri qıcıqlandırır və onlar bu işlərə əl atırlar.

Yaxın Şərqdəki “Ərəb baharı”nı xatırlayın. Nələrə səbəb oldu? İslam dininin əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlər məhv edildi. Bu cəhdlərin qarşısını indidən almasaq, sonra çətin olacaq.

İslam dini sülhpərvər dindir. Ancaq bir çoxları bu din pərdəsi altında pozuculuq fəaliyyəti göstərirlər və sabitliyi pozmağa çalışırlar. Onların xarici dairələrlə bağlılığı aydındır.

Yenə deyirəm, Azərbaycanın uğurları çoxlarını qıcıqlandırır. Bir neçə il əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasında etdiyim çıxışda Azərbaycandakı vəziyyət haqqında obyektiv məlumat verdim.

Oradakı bəzi şəxslər məndən soruşdular ki, Azərbaycanı niyə belə dəstəkləyirsən. Onlara cavab verdim ki, mən yəhudi əsilli azərbaycanlıyam və həqiqətləri söyləyirəm”.

A.Zeynalov

www.yenicag.az

2031
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv