ABŞ-la Rusiyanın “Soçi” görüşü…  – Buzlar əriycəkmi?

media-hightechnic-468x90

usa-russia-warElşən Mustafayev: “Kerri Putin görüşünün iki ölkə arasında münasibətlərin cüzi də olsa yumşaldılmasında…”

 Xəbər verildiyi kimi, Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə ABŞ dövlət katibi Con Kerrinin görüşü olmalıdır. Görüşdə iki tərəfli və beynəlxalq münasibətlər çərçivəsində mövcud olan bir çox məsələlər müzakirə olunmalıdır.

Görəsən, bu görüş Vaşinqtonla Moskva arasında xeyli müddətdir yaşanan gərginliyin zəiflədilməsinə hansısa bir ilkin töhvə verə biləcəkmi?

AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev Yenicag.az-a açıqlamasında bildirdi ki, Soçi görüşü Qərblə Moskva arasında mövcud olan hazırkı münasibətlərə müsbət mənada hansısa bir yenilik gətirməyəcək: “ABŞ-la Rusiya arasında yaranan gərginlik konkret olaraq çoxlarının bildiyi müəyyən planlara hədəflənib. Bildiyimə görə Kerri ilə Rusiyalı həmkarı Lavrov arasında bu istiqamətdə mütəmadi görüşlər keçirilib. O ki, qaldı Kerri Putin görüşünə, onun iki ölkə arasında münasibətlərin cüzi də olsa yumşaldılmasında hansısa rol oynaya biləcəyini zənn etmirəm. Sadəcə olaraq, bu görüşdə münasibətlərin aydınlaşdırılması prosesi gedəcək. Yəqin tərəflər bir-birini inandırmağa çalışacaq ki, kimsə geri addım atsın. Amma bu görüşdə nəyəsə nail olunacağı inandırıcı deyil. Rusiya ilə ABŞ arasında soyuqluğun yaranması Amerika xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Snoudenin Moskvaya sığınması və onun ifşaedici bəzi açıqlamalarından sonra başlayır.  Bu gərginlik pik həddinə isə Ukrayna məsələsilə əlaqədar çatdı. Prosesdə hələlik ABŞ-ın istəyinə uyğun dəyişiklik olmadığından, onun nədəsə güzəştə gedəcəyinə inanmıram. Amma Rusiya da sıradan bir dövlət deyil ki, ona saymazyana münasibət göstərəsən. Lakin indiki mərhələdə bu danışıqlarda münasibətlərin yumşaldılması istiqamətində hansısa irəliləyişin əldə olunacağını düşünmürəm”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600