!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin Azərbaycandakı səfirliyi Ermənistan KİV-dəki yalan məlumatları ifşa etdi

!Reklam – Yazi

ABŞ-nin Azərbaycandakı səfirliyi Bakı ilə Vaşinqton arasında münasibətlərlə bağlı erməni təxribatını ifşa edib.

Yenicag.az xəbər verir ki, erməni mediası iddia edir ki, səfir Mark Libbi bir aydır Bakıdadır, lakin o, etimadnaməsini prezident İlham Əliyevə təqdim etməsi üçün dəvət olunmayıb. Məlum olduğu kimi, diplomat hazırda ABŞ-dədir.

“Yanvarın 4-də ABŞ dövlət katibinin köməkçisi Cülyetta Noyesin iştirak etdiyi mərasimdə yeni təyin olunmuş səfir Libbi and içib. Tədbirdə onun həyat yoldaşı Danusia və oğlu Endryu da olub. O, Bakıya qayıtmağı və ABŞ-nin Azərbaycandakı on birinci səfiri kimi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməyi səbirsizliklə gözləyir”, – səfirliyin “X” sosial şəbəkə hesabında verdiyi bəyanatda qeyd edilib.

COP29

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv