ABŞ-nin dövlət borcu 37 trilyon dolları keçdi

media-hightechnic-468x90

ABŞ-nin dövlət borcu 37 trilyon dollar həddini keçib.

Yenicag.az-ın xəbərinə görə, bunu “U.S. Debt Clock” monitorinq resursunun 20 iyun 2025-ci il tarixində dərc edilmiş məlumatları göstərir.

Məlumata əsasən, son on iki ayda federal hökumətin borcu 1.56 trilyon dollar artıb.

Maliyyə analitikləri 2025-ci maliyyə ilində bu borc üzrə xalis faiz ödənişlərinin bir trilyon dollara çatacağını proqnozlaşdırırlar. Lakin bu məlumatların dərcindən dərhal sonra bazarlar əhəmiyyətli reaksiya verməyib – nə fond indeksləri, nə də kriptovalyutalar (o cümlədən “Bitcoin” və “Ethereum”) əhəmiyyətli dalğalanmalar göstərib.

“Tesla” və “SpaceX”in qurucusu İlon Mask siyasi fəal Gyunter İqlmanın mesajını yenidən yayımlayaraq problemə diqqət çəkib.

“Borc indicə 37 trilyon dolları keçdi. Nə isə dəyişməlidir”, – deyə sahibkarın mesajında bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600