"Ukrayna İrandan QİSAS ALIR!" – Sıradakı hədəf hansı ölkədir?

media-hightechnic-468x90

“Ukrayna İrandan qisas alır”

media-banner_tkm

Bu iddianı Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) baş katibi, politoloq Niyaməddin Orduxanlı bildirib.

media-whatsapp-image-2026-07-27-at-12-39-49

Politoloq Ukraynanın İran gəmisini batırmasının ciddi siyasi nəticələri olacağını diqqətə çatdırıb:

“Rusiya–Ukrayna müharibəsi başlanan gündən İran öz yaxın və strateji müttəfiqi olan Rusiyaya yaxından dəstək verir. Uzun illərdir ki, Rusiya–İran münasibətləri mövcuddur və tərəflər bütün sahələrdə sıx əməkdaşlıq edirlər. Ukrayna dəfələrlə bəyan edib ki, Rusiya müharibədə İran dronlarından və digər hərbi texnikalarından istifadə edir. Artıq Ukrayna son günlərdə dronlar vasitəsilə Moskvada, Sankt-Peterburqda və digər şəhərlərdə Rusiyanın neft emalı zavodlarına və digər strateji obyektlərinə ağır zərbələr vurmaqdadır. Rusiyada benzin böhranının yaranması ilə bağlı məlumatlar yayılır, şəhərlərdə benzin çatışmazlığı səbəbindən uzun növbələrin yaranmasını əks etdirən videolar paylaşılır”.

N. Orduxanlı Ukraynanın İran gəmisini vurmasını qisas əməliyyatı kimi xarakterizə edib:

“Xəzər dənizində İran gəmisinin vurulması Ukraynanın İrana məqsədli hücumudur. Ukrayna İrandan öz qisasını alır. Həm də göstərmək istəyir ki, Rusiyaya dəstək verən ölkələrə də imkan düşdükcə zərbə vuracaq. Bir müddət öncə Ukrayna Belarusiyaya qarşı da oxşar addımlar atacağını bəyan etmişdi. Kiyev ABŞ və İsrailin İrana qarşı əməliyyatlar apardığı bir vaxtda bu ölkəyə zərbə endirməsini əlverişli məqam kimi qiymətləndirir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05